UFC də hər il olduğu kimi bu ildə Milad Bayramı qeyd olundu. UFC hər il olduğu kimi, dəyərli qonaqlarımız, tələbələrimiz və müəllim heyəti üçün Milad bayramı şənliyini təşkil etdi. Tədbir zamanı bizim əziz tələbələrimiz gözəl çıxışlar etmişlər. Hər biri tədris aldığı dilin ölkəsini təmsil edirdi. Tələbələrimiz dillərini öyrəndikləri ölkələrin regionları üzrə qısa təqdimatlar hazırlamışlar.Tələbələr ölkələrinin dilləri haqqında qısa təqdimatlar hazırlamışlar. Mərkəzimizin missiyası uşaqların xarici dil öyrənmələrinə kömək etməklə yanaşı, bu ölkələrin mədəniyyəti və tarixi ilə də tanış olmaqdır. Bu, onların ölkənin mədəniyyətinin geniş bilik və anlayışlarının olduğunun göstəricisidir. Tədbirdə Fransanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri xanım Aurélia Bouchez və Konsul Cənab Antoine Simenel, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, British Council-ın ölkəmizdəki direktoru, Mr. Summer Xİa və müavini Mrs. Nigar Baimova. Britaniya səfirliyinin korporativ xidmət meneceri Səidə Rzayeva, Campus France Agentliyinin Azərbaycandakı nümayəndəsi Maureen Raab və köməkçisi Mədinə Mollayeva və həmçinin İtaliya, Almaniya, İspaniya, Meksika və Avstriya səfirliklərinin nümayəndələridə tədbirimizdə iştirak etmişlər. Dekabrın 5-də mərkəzimizdə keçirilən bu gözəl günün görüntülərini təqdim edirik.