TestDaF - Deutsch als Fremdsprache nüfuzlu alman universitetlərinə daxil olmaq istəyən qeyri-alman dilli şəxslərin alman dili biliklərini qiymətləndirən beynəlxalq bir imtahandır.
Bir çox digər dil imtahanları kimi TestDaF özlüyündə 4 əsas bacarıqları əhatə edən 4 bərabər hissədən ibarətdir: yazı, oxu, danışıq və dinləmə. İmtahan ildə 6 dəfə rəsmi olaraq bütün dünyada akkreditə olunmuş test mərkəzlərində keçirilir. TestDaf-ın nəticəsi sadəcə "keçmək" və ya "kəsilmək" kimi qeyd olunmur. Sual bülletenləri namizədlər üçün eyni olduğundan və imtahanı verənləri fərqli səviyyələrə ayırmaq lazım olduğuna görə imtahanın nəticələri üç fərqli səviyyədədir:
TestDaF-Niveaustufe 3 (TDN 3)
TestDaF-Niveaustufe 4 (TDN 4)
TestDaF-Niveaustufe 5 (TDN 5)
Əgər namizəd ən aşağı səviyyəyə çatmaz və 3-dən az alarsa, bu, imtahanın uğursuz olması deməkdir. Test dörd hissədən ibarətdir, hər biri ayrıca qiymətləndirilir və bölmələr üzrə qiymətlər də sertifikatda göstərilir.
TestDaF imtahanı fasilələri çıxmaq şərti ilə 3 saat 10 dəqiqə davam edir.