İçərişəhərdə - Azərbaycanın paytaxtı qədim Bakı şəhərində yerləşən və 2014-cü ilin may ayında təməli qoyulan University Foundation Courses - un əsas məqsədi təkcə tələbələrin dil biliklərini artırmaq deyil, həm də onları Beynəlxalq Foundation Proqramları - The Pathway to the University Abroad ilə təmin etmək məqsədi daşıyır.
University Foundation Courses abituriyentlərə cari ixtisas dərəcələrini artırmaq, daha yaxşı bir universitetə daxil olmaq və onları akademik işlərinə hazırlamaq imkanı yaratmaq üçün hazırlanmışdır. Başqa sözlə, bu, şagirdlərə uğur qazanmaq üçün öz yollarını izləmək imkanları yaradan bir cığırdır!
University Foundation Proqramları tələbələri həm bakalavr, həm də magistr səviyyəsində ingilis, fransız, alman, italyan dilli universitetlərdə müstəqil təhsil almağa hazırlamaq üçün tərtib olunmuşdur.
Mərkəzimiz müraciət prosesi barədə təlimatlar verir və universitetlərə müraciət etməyə kömək edir. Eyni zamanda yerləşdirmə və viza proseduru da xidmətimizin bir hissəsidir.
Nə üçün bizi seçməli?
Qədim şəhərin mərkəzində, mənzərəsi Xəzər dənizinə və Qədim Məscidə açılan bina;
University Foundation Courses-un beynəlxalq bir təhsil mərkəzi olması;
Ən son tədris kitabları olan böyük kitabxana da daxil olmaqla möhtəşəm tələbə imkanları;
Yerli və xarici müəllimlərin peşəkar və təcrübəli beynəlxalq komandası;
Pulunuza qənaət etmə imkanı: Məhdud büdcə ilə belə ən yüksək keyfiyyətli təhsil təqdim edirik;
Tələbələrimizə beynəlxalq standratlara uyğun təlim-təhsil sistemi ilə xidmət göstəririk;
Hər il yüzlərlə tələbənin xaricdə təhsil almaq arzusunu reallığa çeviririk;
Faydalı olaraq sərf edə biləcəyiniz, məsələn, xarici dilinizi inkişaf etdirmək və ya imtahanlara hazırlaşmaq üçün vaxtınıza qənaət edirik. Məlumatların sonsuz axtarışından sizi azad edəcək və yanlış əlavə addımların qarşısını almaqda sizə kömək edəcəyik.
Bizim əsas vəzifəmiz Sizin qəbulda uğur qazanmağınızdır. Biz Sizə Xəyalınızı həyata keçirməyə və məqsədinizə çatmağa kömək edirik!