UFC-də ümumi dil kursu. Nəyi bilməlisiniz?
- Yüksək keyfiyyətli tədris
Kurslar əsas dil bacarıqlarının balanslı inkişafına yönəldilmişdir: danışıq, yazı, dinləmə və oxu.
- Metodologiya
Aparıcı xarici dilçi alimlər tərəfindən hazırlanmış tədris metodikalarından istifadə edirik. Bu tədris metodikalarından ən effektiv olanları bunlardır: audio-linqvistik metod, strukturlaşdırılmış metod, dil tədrisinin kommunikativ metodu və s.
- Müəllimlər
Müəllimlərimiz ən azı 5 illik iş təcrübəsinə malik olub, dünyanın müxtəlif yerlərində dillər öyrətmək imkanı verən nüfuzlu beynəlxalq diplom və sertifikatlara malikdirlər. Bəziləri bunlardır: TEFL / TESOL / DELTA / TKT. Bir çox müəllimlərimiz isə xaricdə təhsil alıblar.
- Sınaq dərsi və səviyyə testi
Müəllimin xarici dil bilmə səviyyənizi təyin etdiyi və sizinlə giriş dərsi keçirdiyi əsl dərsdir. Bu dərsdə mərkəz və tədris metodları haqqında ümumi məlumat əldə etməklə yanaşı müəllim və tələbələrlə tanış olacaqsınız.
- 3-4 nəfərlik kiçik qruplarda təlim
Kiçik tələbə qruplarını (8 nəfərə qədər) toplayırıq və hər kəsə maksimum diqqət yetiririk. Elementary (A1) dən Advanced (C1) səviyyəsinə qədər tədris edirik.